Navalny deyir, seçkiyə buraxılmasa…

Aleksei Navalny

Rusiya müxalifətçisi Aleksei Navalny deyir ki, prezidentliyə namizədliyi qeydə alınmasa, gələn il keçiriləcək prezident seçkisini tanımayacaq.

Dekabrın 10-da Kalininqradda çıxış edən Navalny tərəfdarlarını onun namizədliyini dəstəkləməyə səsləyib. Onu da deyib ki, tərəfdarlarını hansısa başqa namizədə səs verməyə çağırmayacaq.

Prezident Vladimir Putin-in rəqibi sayılan Navalny 18 mart seçkisi uğrunda kampaniya aparır, ancaq Mərkəzi Seçki Komissiyası dəfələrlə bildirib ki, maliyyə ittihamlarına görə namizəd ola bilməz. Navalny ittihamları siyasi motivli adlandırıb.

Putin dekabrın 6-da seçkiyə gedəcəyini açıqlayıb. Onun seçkini udacağına dair gözləntilər böyükdür.