Özbəkistan prezidenti Shavkat Mirziyoev yeni viza qaydalarıyla bağlı fərman imzalayıb, bundan sonra əcnəbilər bu ölkədə 30 gün qala biləcəklər.
Dekabrın 4-də açıqlanmış fərmana görə, fərdlər üçün turist vizasının qiyməti 60 dollardan 40 dollara salınıb.
Daha öncə turist vizaları yalnız bir həftəliyə, yaxud 15 günlüyə verilirdi.
Turist qruplarına qoşulanların sayı 10-dan 5-ə endirilib. Turist qrupunun bir üzvü üçün 15 günlük vizanın qiyməti 15 dollar, 30 günlük vizası 25 dollardır.
Mirziyoev-in bu addımı ölkəni dünyaya açmağa yönəlik təşəbbüslərdən biridir.
Ötən ilin sentyabrında avtokrat lider Islam Karimov-un öldüyü açıqlanandan sonra Mirziyoev hakimiyyətə gəlib.