Dekabrın 5-i Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankın yaydığı xəbərə görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşıb.
Bu gün, dekabrın 5-də rəsmi məzənnəyə görə, 1 dollar 1.7001 manata bərabər olmuşdu.
Bu ilin əvvəlindən manatın dollara nisbətdə 4, fevral ayından isə 11.5 faiz bahalaşdığı bildirilir.