Dekabrın 9-da Gürcüstanın keçmiş prezidenti, hazırda Ukrayna müxalifətinin aparıcı fiquru sayılan Mikheil Saakashvili-nin həyat yoldaşı, SOCO fondunun yaradıcısı və direktoru Sandra Elisabeth Roelofs Bakıya gələcəyi bildirilir.
Milli Fikir Mərkəzinin yaydığı məlumata görə, Sandra Roelofs-un müəllifi olduğu “Bir idealistin hekayəsi” avtobioqrafiyası azərbaycancaya tərcümə olunaraq nəşr edilib. Elə səfərin məqsədi də bu kitabın təqdimatında iştirakdır.
Mərkəzin tərcümə departamenti tərəfindən tərcümə olunmuş kitabın təqdimatı dekabrın 10-da keçiriləcək.
Bu mərkəzi bir qrup gənc 2012-ci ildə təsis edib.
Sandra Elisabeth Roelofs niderlandlı fəal və diplomatdır. O, 2004-2013-cü illərdə Gürcüstanın birinci ledisi olub.