Dekabrın 2-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, axşam da arabir yağış yağacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 4-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.
Azərbaycanın bir çox rayonlarında isə yağıntı olmayacağı bildirilir. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə 2-7, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir.