Azərbaycanda daha bir saytın bloklandığı bildirilir

Vizual.az saytı bloklanıb (screenshot)

Bu gün, dekabrın 1-dən etibarən “vizual.az” saytına Azərbaycandan girişin məhdudlaşdırıldığı söylənir.

Bu barədə saytın baş redaktoru Şəmsəddin Həsənov məlumat yayıb.

Onun deməsinə görə, bu addım məhkəmə qərarı olmadan atılıb.

Şəmsəddin Həsənov vurğulayıb ki, bir müddət öncə korrupsiya ilə bağlı müxtəlif araşdırmalar istinadla onların saytında da dərc olunub.

O, indi buna görə, cəzalandırıldıqlarını düşünür.

Buna da bax: Daha bir sayta giriş bloklanıb

Ancaq redaktorun bu açıqlamasına, hələlik, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyindən münasibət almaq mümkün olmayıb.

Azərbaycanda saytların bloklanmasına bu il qanunvericilyə edilən dəyişikliklərdən dərhal sonra başlayıb.

Martın sonundan azadlıq.org daxil olmaqla, ölkədə bir neçə müstəqil sayta giriş əngəllənib. Rabitə Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxıb ki, Baş Prokurorluğun müraciətilə belə bir addım atılıb.

Buna da bax: Çində WhatsApp-ı da blokladılar

Mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla bir neçə müstəqil sayt bloklanıb.

Söhbət AzadlıqRadiosu-nun azadliq.org, «Azadlıq» qəzetinin azadliq.info, “MeydanTV”nin, “TuranTV”nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarından gedir.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi.

Buna da bax: Fuad Ağayev: "Saytlarımızı bloklayıblar"

Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Bu ilin iyununda criminal.az saytının rəhbəri Anar Məmmədov da həmin saytın bloklanmasından şikayət etmişdi. O, bloklanmanı bir əsgər ölümü ilə bağlı hazırladığı foto və videoyazılarla əlaqələndirmişdi. Daha sonra bir neçə saytın bloklanması ilə bağlı da məlumatlar yayılmışdı.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

Müstəqil saytların bloklanması ilə bağlı ilk məhkəmə iclası bitdi