Qazaxıstanın ən böyük şəhəri olan Almatının mərkəzi küçələrindən biri prezident Nursultan Nazarbaev-in şərəfinə adlandırılıb.
Almatı Şəhər Şurasının hüquqşünası Berik Manizorov AzadlıqRadiosuna deyib ki, şura noyabrın 30-da Dmitry Furmanov küçəsini Nursultan Nazarbaev prospekti adlandırmağa qərar verib.
Nazarbaev 1991-ci ildən Qazaxıstanın prezidentidir. Daha öncədən, 1989-cu ildən Kommunist Partiyasının rəhbəri kimi respublikaya rəhbərlik edib.
O, 2015-ci ildə daha bir müddətə prezident seçilib, beynəlxalq müşahidəçilər isə bu səsvermədə seçicilərə ideal seçim şəraiti yaradılmadığını deyirlər.
Yazıçı Furmanov-un 1923-cü ildə Qızıl Ordu komandiri Vasily Chapayev barədə romanı sovet dövrünün klassikası sayılır. Bu kitab əsasında 1934-cü ildə çəkilmiş film Sovet İttifaqında çox populyar idi.