Məzənnə dəyişmədi

Dollar

Noyabrın 30-u Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Mərkəzi Bankın yaydığı xəbərə görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7001 səviyyəsində formalaşıb.

Bu gün, noyabrın 30-da da elə rəsmi məzənnəyə görə, 1 dollar 1.7001 manata bərabər olmuşdu.

Bu ilin əvvəlindən manatın dollara nisbətdə 4, fevral ayından isə 11.5 faiz bahalaşdığı bildirilir.