Danışıqlarda Assad təmsilçilərini gözləyirlər

Staffan de Mistura (solda) və Suriya müxalifətinin nümayəndə heyətinin rəhbəri Nasr al-Hariri

Noyabrın 29-da Cenevrədə keçirilən danışıqlara Suriya hökumət təmsilçilərini də qatılacağı gözlənir.

Dəməşq əvvəlcə BMT-nin təşkilatçılığıyla keçirilən bu danışıqlarda iştirakını təsdiqləmirdi, çünki müxalifət prezident Bashar al-Assad-ın istefasını tələb edir.

Ancaq BMT sonradan elan edib ki, Dəməşqdən rəsmi nümayəndə heyəti noyabrın 29-da danışıqlara gələcək. Məlumatlara görə, bəzi güzəştlər edilib, məsələn, Assad-ın məsələsi müzakirəyə çıxarılmayacaq.

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura noyabrın 28-də deyib ki, ona hökumətin nümayəndə heyətinin “sabah gəlməyi planlaşdırdığı” bildirilib.

Danışıqların daha öncəki yeddi raundunda elə böyük irəliləyiş əldə olunmayıb. Ancaq bu dəfəki raundun altı illik münaqişəni bitirməyə doğru dəyişiklik yaradacağına ümidlər var.

İlk dəfə olaraq bir nümayəndə heyətində birləşmiş müxalifət təmsilçiləri noyabrın 28-də de Mistura ilə görüşüblər.