Bu gün, noyabrın 29-u Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, ordu generalı Hasan Küçükakyüz Azərbaycana gəlib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində ordu generalı H.Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi gözlənir.
Səfər dekabrın1-dək davam etməlidir.