Şahzadə Harry evlənir

Şahzadə Harry və aktrisa Meghan Markle

Britaniya şahzadəsi Harry amerikalı aktrisa Meghan Markle ilə nişanlanıb və cütlük gələn ilin yazında evlənəcək.

Açıqlamanı noyabrın 27-də şahzadə Harry-nin atası, Uels şahzadəsi və Britaniya taxtının varisi Charles verib.

33 yaşlı Harry Şahzadə Charles-ın birinci həyat yoldaşından, Şahzadə Dianadan olan iki oğlundan kiçiyidir.