Kosta-Rika naziri Azərbaycana gəlir

Kosta-Rika

Noyabrın 28-i Kosta-Rika xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz Azərbaycan səfərə gəlməlidir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda bildirilir ki, səfər çərçivəsində M.G.Sanzın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü gözlənir. Eyni zamanda Kosta-Rikanın Azərbaycanda səfirliyinin açılışı planlaşdırılır. M.G.Sanzın bu mərasimdə də iştirakı nəzərdə tutulur.

Səfərin noyabrın 29-da başa çatacağı bildirilir.