Şimal və şərq rayonlarında yağış gözlənir

Yağış

Noyabrın 28-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin gecə bəzi yerlərdə çiskin gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 2-5, gündüz 9-12, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın bir çox rayonlarında da havanın yağmursuz olacağı bildirilir. Lakin şimal və şərq rayonlarında yağıntılı olacağı vurğulanır. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təxmin edilir.