Lionel Messi "Barselona" klubu ilə müqaviləsini yeniləyib.
Ulduz futbolçu komandada 2021-ci ilə qədər qalacaq.
Müqaviləyə görə, bu müddət ərzində Messini almaq istəyən olsa, kluba 700 milyon avro əlavə haqq da ödəməli olacaq.
30 yaşlı Messi indiyəcən Barcelonada 602 oyun keçirib, 523 qol vurub.
Komanda bu illər ərzində 8 dəfə İspaniya çempionu olub.