Noyabrın 26-ı Bakı və Abşeron yarımadasında havanın buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 3-6, gündüz 10-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.
Rayonlarda da havanın yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı vurğulanır. Gecə 0-4, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təxmin edilir.