Suriyanın müxalifət qrupları Cenevrədə keçiriləcək sülh danışıqlarına vahid nümayəndə heyəti göndərməklə bağlı razılığa gəldiklərini bildirirlər.
Bu açıqlama noyabrın 24-də verilib. Bu arada Ər-Riyadda Səudiyyənin təşkilatçılığıyla danışıqlar artıq ikinci günə daxil olur. Buraya 140 müxalifət təmsilçisi toplaşıb. Onların Suriya prezidenti Bashar al-Assad rejimiylə birbaşa danışıqları noyabrın 28-nə planlaşdırılıb.
İndiyədək Cenevrə danışıqlarının bir neçə raundu keçirilsə də, Suriyada münaqişəni bitirə bilməyib. 2011-ci ildən münaqişədə 330 mindən çox adam ölüb, milyonlarla insan qaçqına çevrilib.
Müxalifət üzvü Bassma Kodmani jurnalistlərə deyib ki, noyabrın 24-də 50 nəfərlik vahid nümayəndə heyətinin üzvlərinin adları dəqiqləşdiriləcək.
Suriya müxalifət qruplarına bir sıra radikal tələblərindən əl çəkməkdən ötrü təzyiq olunub. Rusiyanın dəstəklədiyi Assad rejimi isə münaqişədə mövqeyini gücləndirməkdədir.