Albaniyanın müstəqillik günü Kosovoda qeyri-iş günü olacaq

Etnik alban qaçqınlar, 1998-ci il

Kosovo qonşu Albaniyanın müstəqillik gününü qeyri-iş günü elan edib.

Hökumətin noyabrın 23-də yaydığı bəyanata görə, baş nazir Ramush Haradinaj noyabrın 28-ni “albanlardan ötrü... tarixi və mədəni dəyərlərə, yaxşı ailə və sosial ənənələrə sayqı günü” elan edib.

Bu addım qonşu Serbiyayla gərginliyi artıra bilər. Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqillik elan edib.

Belqrad Albaniya və Kosovonu “Böyük Albaniya” yaratmağa çalışmaqda ittiham edib. Bu ittiham dəfələrlə rədd olunub.

Kosovonun 1,8 milyonluq əhalisi əsasən etnik albanlardan ibarətdir.