Krım tatarlarını həbs: Ən yaşlı fəal vəfat edib

Vedzhie Kashka, 16 avqust 2017

Rusiyanın xüsusi xidmətləri Krım tatarları fəallarını həbs edəndə tatarların ən yaşlı fəallarından olan 83 yaşlı Vedzhie Kashkanın halı pisləşib. Onu xəstəxanaya aparıblar və o, vəfat edib.

Rusiyanın dövlət mediasının məlumatına görə Federal Təhlükəsizlik Xidməti FSB noyabrın 23-də Simferopolda bir neçə Krım tatarını həbs edib. Onlar Türkiyə vətəndaşından 7 min dollar almaqda şübhəli bilinirlər. RİA Novosti ad çəkmədən təhlükəsizlik zabitinə istinad edir ki, tutulanlar Kashkadan öz əməllərinə qalxan kimi istifadə edirdilər.

Ancaq Krım tatarları fəallarının Azadlıq Radiosuna dediyinə görə həbslər siyasidir. Onlar Krım Rusiyaya birləşdirilməsinin əleyhinə olanlardır. Onlar həmçinin bildirirlər ki, Kashkanı da həbs eləmək istəyirdilər, ancaq həbsdən qabaq onun halı pisləşdi.

Rusiyanın dövlət orqanlarından hadisə ilə bağlı heç bir rəsmi bəyanata verilməyib.