Rusiyada Rosprombank-ın rəhbəri 756 milyon rublu (12,8 milyon dollar) mənimsəmədə şübhəli bilinərək saxlanıb.
İstintaq Komitəsi noyabrın 22-də bildirib ki, məhkəmə Sergei Salogubov-un həbsinə order verib.
Rusiya Mərkəzi Bankı Rosprombank-ın lisenziyasını 2016-cı ilin sentyabrında ləğv edib. İttihamçıların bildirməsinə görə, dövlət əmanət-sığorta agentliyi bank menecerlərinin 1 milyard rublluq (17 milyon dollar) kredit və digər kontraktlarla bağlı sənədlər təqdim etmədiyini bildirib.
Rosprombank-ın depozitlərində 2,9 milyard rubl (50 milyon dollar) vardı. Kiprdəki Xalq Bankının filialı idi, həmin bank 2013-cü ildə qlobal maliyyə böhranı nəticəsində iflas etmişdi.