Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyətinin bugün, noyabrın 22-də Azərbaycana səfəri gözlənilir.
Xəbəri Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Səfər çərçivəsində generalın rəhbərlik etdiyi heyətin Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi və başqa rəsmilərlə görüşləri gözlənir.
Səfərin noyabrın 24-dək davam edəcəyi nəzərdə tutulur.