Dağlıq rayonlarda qar, şaxta gözlənir

Qar

Noyabrın 23-ü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı bildirilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı təxmin edilir. Arabir güclənən şimal-qərb küləyinin gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 7-9, gündüz 9-12, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda isə yağıntının qara keçəcəyi vurğulanır. Gecə 3-8, gündüz 9-13, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təxmin edilir.