Noyabrın 21-i Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankın yaydığı xəbərə görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7002 səviyyəsində formalaşıb.
Bu gün, noyabrın 21-də də elə rəsmi məzənnəyə görə, 1 dollar 1.7002 manata bərabər olmuşdu. Son iki hərracda manatın məzənnəsi dəyişmir.
Bu ilin əvvəlindən bu yana isə manatın dollara nisbətdə 4 faiz bahalaşdığı bildirilir.