FIFA prezidenti Bakıya gələcək

Canni İnfantino

Noyabrın 21-i Bakıda FIFA İcraedici Futbol Sammiti keçiriləcək. Tədbirdə FIFA-nın prezidenti Canni İnfantino, FIFA-nın baş katibi Fatma Samoura və Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının təmsilçiləri iştirak edəcək.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir.

Sammitdə futbolun inkişafına dair bir sıra məsələlərin müzakirə ediləcəyi gözlənir.