Uşaqların IV Ümumrespublika Forumu keçirilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Kimsəsiz uşaqların arzuları

Bu gün, noyabrın 20-si Bakıda Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilir. Forum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

AZƏRTAC xəbər verir ki, forumun açılışında baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova və BMT təmsilçiləri iştirak edir.

Foruma Azərbaycanın bütün şəhər və rayonlarından seçilən 6-18 yaş arası 380 uşaq qatılıb.

Tədbirdə baş nazirin müavini Əli Əhmədov prezident İlham Əliyevin Azərbaycan Uşaqlarının IV Ümumrespublika Uşaq Forumunun iştirakçılarına təbrik məktubunu oxuyub.

Forum uşaqların qayğı və inkişafına həsr edilib.

Azərbaycan Uşaqlarının I Forumu 2009-cu il dekabrın 17-18-də keçirilib.