Yeni il və Həmrəylik bayramları ilə əlaqədar qeyri-iş günləri açıqlanıb.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar - Yeni il bayramı qeyd ediləcək.
31 dekabr bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerlərinin dəyişdiriləcəyi bildirilir. Bu üzdən 3 yanvarın da qeyri-iş günü olacağı vurğulanıb.
Beləliklə, bayramlarla əlaqədar 5 gün ardıcıl 30 dekabr (şənbə günü) - 3 yanvar iş olmayacağı açıqlanıb.