Noyabrın 20-də Böyük Britaniya kraliçası II Elizabeth (Yelizaveta) və əri Şahzadə Philip toylarının 70 illiyini kiçik ailə yığıncağıyla qeyd edirlər.
Bu gün münasibətilə elə bir ictimai tədbir planlaşdırılmasa da, Westminster Abbey-də zənglər yerli vaxtla günorta 1-də bu münasibətlə vuracaq.
Cütlük 1947-ci il noyabrın 20-də Londonda Westminster Abbey-də ailə qurublar. Mərasimə bri sıra dövlət başçıları qatılıb.
91 yaşlı Elizabeth 96 yşlı əriylə kraliçanın Londonun qərbindəki evində, Windsor qəsrində qonaqlıq verəcək.