Noyabrın 18-i Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli rayonu, Horadiz şəhəri ərazisindən 2 partlamamış hərbi sursat götürüb.
Agentlik bildirir ki, Fövqəladə Hallar Nazirliyindən onlara Horadiz şəhəri ərazisində 2 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.
Məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
“Həmin ərazidə 1 otlaq sahəsinə baxış keçirilib, nəticəsində 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 85 mm-lik top mərmisi (OF-416) və 1 ədəd 81 mm-lik minaatan mərmisi(M43A1) aşkar edilib. Mərmilər zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb”, - Noyabrın 18-i Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli rayonu, Horadiz şəhəri ərazisindən 2 partlamamış hərbi sursat götürüb.