Yağış gözlənir

Yağış

Noyabrın 18-i Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 10-12, gündüz 14-16, Bakıda gecə 10-12, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da arabir yağış yağacağı bildirilir. Gecə 6-11, gündüz 15-18, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti təxmin edilir.