Qırğızıstanın yeni seçilmiş prezidenti Sooronbai Jeenbekov-un qardaşı Ukraynaya səfir təyin olunub.
Noyabrın 16-da Qırğızıstan prezidentinin vebsaytında yayılan məlumata görə, Almazbek Atambaev Jusupbek Sharipov-un Kiyevə səfir təyin olunmasıyla bağlı sərəncam imzalayıb.
Sharipov Jeenbekov-un böyük qardaşıdır. Jeenbekov noyabrın 24-də prezidentlik postuna and içməlidir.
Sharipov 2013-cü ildən Küveytdə yaşayıb, Qırğızıstanın Fars Körfəzindəki bir neçə ərəb ölkəsində səfiri kimi çalışıb.