Mari Eldə qəzada azı 15 nəfər ölüb

Arxiv fotosu

Rusiyanın Mari El respublikasında sərnişin avtobusuyla taxta-şalban daşıyan yük maşınının toqquşması nəticəsində azı 15 nəfər həlak olub, dörd nəfər yaralanıb. Hadisə noyabrın 16-da baş verib.

Qəza paytaxt Yoşkar-Olanın 70 kilometrliyində yerləşən Vizimyary kəndi yaxınlığında baş verib. Əraziyə güclü qar yağdığı bildirilir.

Yerli polis noyabrın 16-da axşam ölü sayının 15-ə çatdığını bildirib, bir qadın da xəstəxanaya aparılarkən dünyasını dəyişib. Xəstəxanaya yerləşdirilən dörd nəfərdən ikisinin vəziyyəti ağırdır.