Özbəkistan müdafiə naziri Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.
Bu barədə bu gün, noyabrın 16-sı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində A.Azizovun Azərbaycan Müdafiə Nazirliyində görüşlər keçirəcəyi gözlənilir. Həmin görüşlərdə hərbi, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil və bir sıra digər istiqamətlərdə müzakirələr aparılmalıdır.