Gürcüstanın baş naziri hökumətdə dəyişikliklər apardığını, bir neçə nazirliyi ixtisara saldığını bildirir. Bu, xərclərin azaldılması, səmərəliliyin artırılmasıyla izah olunur.
Baş nazir Giorgi Kvirikashvili noyabrın 13-də Tbilisidə jurnalistlərə deyib ki, dörd nazirlik – enerji; ətraf mühit və mineral resurslar; idman və gənclər; penitensiar xidmət – uyğun olaraq iqtisadiyyat; kənd təsərrüfatı, mədəniyyət və ədliyyə nazirliklərinə birləşdiriləcək.
Kvirikashvili onu da deyib ki, iqtisadiyyat naziri Giorgi Gakharia daxili işlər naziri və baş nazirin müavini olacaq; maliyyə naziri Dimitri Kumsishvili iqtisadiyyat naziri postuna keçəcək və baş nazirin müavinliyində də qalacaq.
Baş nazir onu da bildirib ki, Gürcüstan Dəmiryollarının sədri Mamuka Bakhtadze-ni maliyyə, Tbilisi Dövlət Universitetinin rektor müavini Mikheil Chkhenkeli-ni isə təhsil və elm naziri postuna irəli sürüb.
Onun sözlərinə görə, hökumət dəyişiklikləri tezliklə təsdiqləyəcək.
Yeni hökuməti daha sonra parlament təsdiqləməlidir. Hakim Gürcü Arzusu koalisiyası parlamentdə üstün mövqedədir.