Noyabrın 10-u Bakı və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı bildirilir. Şimal küləyinin əsəcəyi gözlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 8-11, gündüz 13-16, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da yağış yağacağı bildirilir. Dağlıq ərazilərə qar yağacağı ehtimal edilir. Gecə 4-9, gündüz 13-17, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 4-9 dərəcə isti təxmin edilir.