Trump-ın səfəri yarımçıq qalıb

Donald Trump Cənubi Koreyada rəsmi naharda

ABŞ prezidenti Donald Trump noyabrın 8-də pis hava şəraiti üzündən Şimali və Cənubi Koreyanı ayıran neytral zonaya gedə bilməyib.

Trump səhər tezdən Seuldakı oteldən çıxıb və Yonqsan hərbi bazasına gedib. Ancaq dumanlı havaya görə vertolyotu geri qaytarılıb.

ABŞ prezidentləri bu sərt qorunan zonaya vaxtaşırı baş çəkirlər. Bu zonada hər iki tərəfdən əsgərlər beton sədlər yanında keşik çəkir.

ABŞ-ın vitse-prezidenti Mike Pence və müdafiə naziri Jim Mattis bu yaxınlarda həmin zonada olublar. Ancaq Ağ ev rəsmiləri Trump-ın bunu etməyəcəyini, bu başçəkmələrin səfərlərin “banal” xarakter daşıdığını demişdilər.

Daha sonra Ağ evin mətbuat katibi Sarah Sanders dedi ki, Cənubi Koreya prezidenti Moon Jae-In də Trump-a qoşulacaq və bu birgə prezident səfəri “tarixi an” olacaq.

Bu gün – noyabrın 8-də Trump-ın Cənubi Koreyaya səfəri başa çatır.