Keçmiş nazir də məhkəmə önünə çıxarılıb

Quandyq Bishimbayev (kabinədə) məhkəməsində, 7 noyabr, 2017-ci il

Noyabrın 7-də Qazaxıstanda ölkənin iqtisadiyyat naziri Quandyq Bishimbaev və daha 22 təqsirləndirilən rüşvətxorluq və mənimsəmə ittihamıyla məhkəmə önünə çıxarılıb.

37 yaşlı Bishimbaev yanvarda Qazaxıstanın Antikorrupsiya Xidməti tərəfindən həbs olunub.

O, oktyabrın 31-də keçirilən iclasda təqsirkar olmadığını deyib. Digər təqsirləndirilənlər isə özlərini təqsirli saydıqlarını söyləyiblər.

Son illər ölkənin bir sıra rəsmiləri rüşvətxorluq ittihamıyla mühakimə olunublar, bəzilərinə uzunmüddətli həbs cəzası kəsilib.