ABŞ prezidenti Donald Trump Cənubi Koreyada həmkarı Moon Jae-in ilə görüşür. Bu ölkələri əsas narahat edən məsələ Pxenyanın nüvə hədələridir.
Trump-ın bu ölkəyə səfəri zamanı ticarət də əsas müzakirə mövzusu olacaq, o, ABŞ-Cənubi Koreya azad ticarət sazişinin şərtlərinin yenidən razılaşdırılmasını istəyir.
Noyabrın 7-də Cənubi Koreyaya çatan Trump Şimali Koreyanın nüvə və raket proqramları ətrafındakı gərginliklə bağlı müsbət danışıb. “Bu durumdan çıxacağıq, çünki çıxmalıyıq”, – o deyib.
Seuldan öncə Trump Yaponiyada səfərdə olub.