Türkiyə prezidenti Recep Tayyip Erdogan İstanbulun mərkəzində opera binasının tikiləcəyi qalmaqallı layihəni işə salıb, yeni binanın şəhərin simvolu olacağını deyib.
Erdogan noyabrın 6-da bildirib ki, müasir opera binası Taksim meydanına yeni həyat verəcək.
2013-cü ildə bu meydanda o vaxt baş nazir olan Erdogan-a qarşı kütləvi etirazlar keçirilib. Etirazçılar yaxınlıqdakı Gezi parkında tikintiyə qarşı çıxırdılar.
2500 yerlik opera binası 2019-cu ildə açılacaq. Bina Ataturk Mədəniyyət Mərkəzinin (AKM) yerində inşa olunacaq.
1969-cu ildə açılmış AKM yanğın səbəbindən dərhal sonra bağlanıb. 1978-ci ildə yenidən açılıb, 2008-ci ildə təmirə qapadılıb, ancaq bu təmir gerçəkləşməyib.
Tənqidçilərin fikrincə, yeni opera layihəsi Mustafa Kemal Ataturk-un yaratdığı müasir Türkiyə Cümhuriyyətinin simvolunu tarixə qovuşduracaq.
Erdogan-ın Ədalət və İnkişaf Partiyası mötədil islama əsaslanır, ancaq partiyanın və Erdogan-ın özünün ölkə konstitusiyasının dünyəvi prinsiplərinə sadiqliyi ətrafında ziddiyyətlər var.