Bank işçiləri azalıb

ABB

Azərbaycanda ilin əvvəlindən bank əməkdaşlarının sayı 607 nəfər azalıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) hesabatından belə bəlli olur.

Hesabata görə, oktyabrın 1-i bank əməkdaşlarının sayı 16 min. 340 nəfər olub. İlin əvvəlində isə bu göstərici 16 min 947 nəfər idi.

Buna da bax: Keçmiş deputat: 'İnsanların gəlirləri azalıb...'

2015-ci ildə ölkədə iki devalvasiyasından sonra manat iki dəfə dəyər itirib.

2016-cı ildə ölkədə ümumilikdə 11 bankın lisenziyası ləğv edilib. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.

Hazırda ölkədə 32 bank fəaliyyət göstərir.