Parisdə keçirilən UNESCO-nun Baş konfransının 39-cu sessiyası çərçivəsində qurumun 2018-2019-cu illər üzrə yubileylər siyahısı qəbul edilib.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, yubileylər siyahısına üzv ölkələrdən 48 təklif irəli sürülüb.
Azərbaycan tərəfindən bu siyahıya bəstəkar Qara Qarayevin anadan olmasının və Bakı Dövlət Universitetinin (BDU) yaradılmasının 100 illik yubileylərinin qeyd edilməsi təklif olunub.
Xəbərdə bildirilir ki, təkliflər qəbul olunub.
Beləliklə, 2018-ci ildə Parisdə bəstəkar Qara Qarayevin və 2019-cu ildə BDU-nun 100 illik yubileyləri qeyd olunacaq.