Bin Laden tutulanda kompüterdə aşkarlanan 470 min fayl açıqlanıb

Osama bin Laden

Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) 2011-ci ildə Osama bin Laden tutulanda ələ keçirilən kompüterdə aşkarlanan 470 minə yaxın faylı yayıb.

Noyabrın 1-də açıqlanan fayllar 2015-ci ilin mayından bəri ABŞ hökumətinin yaydığı materiallar seriyasından dördüncü hissədir.

Bu sənədlərə bin Laden-in şəxsi jurnalı, 18 min sənəd, 79 min audio və foto, 10 mindən çox video fayl daxildir, CIA bildirib.

Al-Qaeda rəhbəri Bin Laden 2011-ci il mayın 2-də, ABŞ xüsusi qüvvələrinin Pakistandakı sığınacağında qətlə yetirilib.

CIA hələ açıqlanmayan materialların milli təhlükəsizliyə ziyan vura biləcəyini söyləyir.