Pakistanın vəzifədən qovulmuş keçmiş baş naziri Nawaz Sharif noyabrın 3-də ölkəsinə qayıdıb. O, noyabrın 2-də ailəsinin ofşor sərvətiylə bağlı məhkəmə qarşısına çıxarılacaq.
Sharif həyat yoldaşıyla birlikdə Londonda idi, xanımı xərçəngdən müalicə olunurdu.
Keçmiş baş nazir ailə üzvlərinin Londondakı mülklərinə dair iddiaları cavablandırmalıdır.
Shariff-in müttəffiqləri ittihamları siyasi vendetta adlandırır, Pakistan ordusunun bunun arxasında dura biləcəyini söyləyir. Shariff 1999-cu ildə baş nazirlikdən məhz hərbi çevriliş nəticəsində getməli olmuşdu.
67 yaşlı Sharif noyabrın 1-də Londonda Geo TV-yə müsahibəsində cinayət işini pisləyib, işi “qondarma və saxta” adlandırıb, bunun korrupsiyayla əlaqəsi olmadığını bildirib. Sharif həmin ittihamları 1999-cu ildə general Pervez Musharraf hakimiyyəti ələ keçirəndə ona qarşı sürülmüş ittihamlarla müqayisə edib.
Ölkənin ali məhkəməsi Sharif-i iyulda vəzifəsindən kənarlaşdırıb.