Dağlıq rayonlarda qar gözlənir

Yağış

Noyabrın 2-si Bakı və Abşeron yarımadasında yağış yağacağı bildirilir. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 10-13, gündüz 13-16, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da yağış yağacağı bildirilir. Dağlıq ərazilərdə qar gözlənilir. Gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti təxmin edilir.