Manat cüzi ucuzlaşdı

Dollar

Oktyabrın 31-i Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7003 səviyyəsində formalaşıb.

Bu gün, oktyabrın 31-i rəsmi məzənnəyə görə, 1 dollar 1.7002 manata bərabər olub.

Son 8 ayda keçirilən hərraclarda bunun əksinə olaraq, bəzi istisnalarla manat möhkəmlənir.

Bu il manatın ümumilikdə 4 faiz bahalaşdığı bildirilir.