Rusiyalı jurnalist prezident seçkisinə gedəcəyini deyir

Yekaterina Gordon, arxiv fotosu

-

Rusiyalı jurnalist və televiziya aparıcısı Yekaterina Gordon gələn ilin martında keçiriləcək prezident seçkisində iştirak edəcəyini bildirib.

Oktyabrın 30-da YouTube-da yerləşdirdiyi video-müraciətdə Gordon deyib ki, o, “çox güman” Putin administrasiyasının açıq, yaxud gizli dəstəkləmədiyi yeganə namizəd olacaq.

37 yaşlı Gordon həm bəstəkar-müğənnidir, özünün hüquq firması da var.

Daha öncə tanınmış fiqur Ksenia Sobchak namizədliyi elan edib. O, prezident Vladimir Putin-in mərhum bosu və siyasi hamisinin qızıdır.

Namizədlərin adları bülletenlərə salınmazdan öncə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənməlidir.

Gordon deyib ki, kampaniyasının əsas hədəflərindən biri Rusiyadakı tənha anaların hüquqları olacaq.