«Turan» İnformasiya Agentliyi 30 əsas ərzaqla bağlı monitorinq aparıb.
Agentliyin xəbərinə görə, bu məhsullarda ümumilikdə 5.4 faiz bahalaşma baş verib
Xəbərdə bildirilir ki, pomidor 157, xiyar 100, kartof 40, kələm 30.7, kərə yağı 22.9 faiz bahalaşıb.
Üstəlik, duz, pendir , mal əti və soğanın da bahalaşdığı bildirilir.
Ötən ay ərzağın qiymətlərində artımı Dövlət Statistika Komitəsi (DSK) də təsdiq edir. Amma DSK-nin məlumatına görə, bu, cəmi 1.4 faiz baş verib.