Qırğız və qazax liderləri sərhədlə bağlı razılığa gəlirlər

Qırğızıstan-Qazaxıstan sərhədi

Qazaxıstan və Qırğızıstan liderlərinin sərhəddəki məhdudiyyətlərin yüngülləşdirilməsiylə bağlı razılığa gəldikləri bildirilir.

Razılaşma oktyabrın 18-də Qazaxıstanın baş naziri Baqytzhan Saghyntaev-in qırğız həmkarı Sapar Isakov-la axşam saatlarında bitən danışıqlarında əldə olunub. Medianın yazdığına görə, oktyabrın 19-dan sərhəddən keçməyə üstünlük piyadalara, avtomobillərində ancaq şəxsi əşyalarıyla səyahət edənlərə, daimi şəhərlərarası avtobuslara, yüksüz yük maşınlarına veriləcək.

Saghyntaev Qazaxıstan prezidenti Nursultan Nazarbaev-ə istinadla deyib ki, iki ölkənin münasibətləri regionda «səmərəli və qarşılıqlı faydalı» əməkdaşlığa örnək olmalıdır.

Bu razılaşmadan öncə Qırğızıstan Ümumdünya Ticarət Təşkilatına göndərdiyi kommünikedə Qazaxıstanın sərhəddə qırğız yük maşınları və vətəndaşlarıyla sərt davranışından şikayətlənmişdi.