İraqın hökumət qüvvələri bundan əvvəl Kürd döyüşçülərin əlində olan Haynava və Diyala əyalətlərini nəzarətə götürüb.
İraq ordusunun oktyabrın 18-də verdiyi bəyanatda bu əyalətlərin “Peşmərkə” qüvvələrindən geri alındığı bildirilir.
“Al-Hadas” televiziyasının məlumatına görə, Mosul ətrafında kürd döyşçülərlə İraq ordusu arasında baş verən toqquşmada 10-a yaxın adam ölüb.
İraq ordusu bundan əvvəl türkmənlərin yaşadığı Kərkük şəhərini də kürd birləşmələrindən geri alıb.
Bu əməliyyat İraq kürdlərinin müstəqilliklə bağlı referendum keçirməsindən 3 həftə sonra başlayıb.
Rəsmi Bağdad referendum qanunsuz sayır.