Oktyabrın 17-də Əfqanıstanda törədilən hücumda 30-dan çox adam ölüb.
Hücuma görə cavabdehliti Taliban üzərinə götürüb.
Hədəf polis bazası olub.
Sizin brauzer HTML5-i dəstəkləmir
Əfqanıstanda hücum
Reuters həmçinin 150-dən çox adamın yaralandığını xəbər verir.
Talibançılar Gardez şəhərində polislərin təlim düşərgəsinə hücum ediblər.
Öncə intiharçı partlayıcı dolu maşını partladıb, sonra isə yaraqlılarla təhlükəsizlik qüvvələri arasında atışma başlayıb.
Yerli televiziya kanallarının məlumatına görə, hücum vaxtı regional polis rəisi də ölüb.
Amma hakimiyyət hələ ki, bu məlumatı rəsdiqləməyib.