Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 57 min 269 nəfər və ya 0.6 faiz artıb.
2017-ci il sentyabrın 1-də ölkə əhalisinin sayı 9 milyon 867 min 250 nəfərə çatıb.
Əhalinin 49.9 faizini kişilər, 50.1 faizini isə qadınlar təşkil edir.
Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 95 min 395, yaxud hər gün orta hesabla 393 doğulan körpə qeydə alınıb:
«Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1712-si əkiz, 33-ü üçəmdir», - məlumatda vurğulanır.
Əhalinin ümumi sayının 53 faizinin şəhərlərdə, 47 faizinin isə kəndlərdə yaşadığı bildirilir.