Noyabrın 1-də Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü gözlənilir

Vladimir Putin, İlham Əliyev, Hassan Rohani

Vladimir Putin, İlham Əliyev, Hassan Rohani

Rusiya prezidenti Putinin sözçüsü Dmitry Peskov oktyabrın 12-də İnterfax agentliyinə deyib ki, noyabrın 1-də Putinin İrana səfərinə hazırlıq gedir.

Peskov bunu İnterfaxın sualına cavabında bldirib.

Agentlik isə Peskovdan soruşub ki, İran tərəfinin məlumatına görə, Tehran noyabrın 1-də Azərbaycan, Rusiya və İran prezidentlərinin 3-tərəfli görüşünü gözləyir, Kreml bu məlumatı təsdiqləyirmi?